Şriftin ölçüsü :

Saytın rəngi :

Calalova Humayın Mamed qızı

 28 mart 1960-cı ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. Ail təhsillidir, YAP üzvüdür.
    1995-ci ildə fiziki şəxs kimi fermer təsərrüfatını yaradıb. Təsərrüfatın əsas istiqaməti heyvandarlıqdır və əkinçilikdir. Təsərrüfatda 610 baş xırda, 85 baş iri buynuzlu mal-qara var.
      Fermer hər 100 baş ana qoyundan 105 baş sağlam quzu alır. Hər qoyundan isə 2,5-3 kq yun əldə olunur.
     Təsərrüfatın icarəsində 180 hektar yay və 288 hektar qış otlaq sahəsi var.
     Fermer heyvandarlığı yemlə təmin etmək üçün 60 hektardan çox sahədə payızlıq bitkilərin səpinini aparır və hər hektardan 22-27 sentner məhsul əldə edir.
     Fermer yüksək kefiyyətli heyvandarlıq və bitkiçilik məhsulları istehsal edərək əhalinin ərzaq təminatına öz bəhrəsini verir.

     Dövlət tərəfindən fermerlərə edilən güzəştlərdən H.Calalova yararlanır.
     Təsərrüfatda 5 daimi işçi çalışır. Mövsümü işlərə isə 5-8 nəfər əlavə işçi cəlb olunur.

 

Keçidlər