Şriftin ölçüsü :

Saytın rəngi :

Ağayev Ağami Örnək oğlu

  05 avqust 1954-cü ildə rayonun Zarat kəndində anadan olub. İlk təhsilini doğma kəndində alan Ağayev Ağami 1973-cü ildə Bakı Plan Uçot Texnikumunu, 1989-cu ildə isə Azərbaycan Dövlət Aqrar Universitetini bitirmişdir. O, əmək fəaliyyətinə 1973-cü ildə Qələbə kolxozunda mühasib kimi başlamışdır.
     1983-cü ildən 1992-ci ilə qədər Arıçılıq Sovxozunda direktor vəzifəsində işləmişdir. 1974-1976-cı illərdə hərbi xidmətdə olub.
    1992-ci ildən isə hazırda fəaliyyətdə olan fermer təsərrüfatını yaratmışdır. Fermerin 750 baş ana qoyunu, 22 baş iri buynuzlu mal-qarası var. O, hər 100 baş ana qoyundan 90-95 baş sağlam quzu, hər qoyundan isə 2,6-2,9 kq yüksək keyfiyyətli yun əldə edir.
     Fermerin istifadəsində 130 hektar yay otlaq sahəsi var. Təsərrüfatda istehsal olunmuş məhsulları daxili bazarda satır.

 

 

Keçidlər