Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərov Söhrab Bəkir oğlu

  1963-cü ildə Qırğızstan Respublikasının Oş vilayətində anadan olub. Məlum Oş hadisələrindən sonra İsmayıllı rayonun Kəlbənd kəndinə üz tutub və hazırda orada yaşayaraq təsərrüfatla məşğul olur. Orta təhsillidir. Ailəsini halal dolandırmaq üçün zəhmətə qatlaşaraq xırda və iri buynuzlu mal-qara saxlayır, ailəsinə verilmiş pay torpaq sahəsini əkib becərir. Əsas məşğuliyyəti isə arıçılıqdır.
    Hazırda Boz Qafqaz cinsindən olan 55 arı ailəsinə qulluq edir. O, hər arı ailəsindən ildə 11-13 kq min bir dərdin dərmanı olan bal məhsulu əldə edir. Fermer məhsuldarlığı artırmaq üçün ilin fəsillərinə uyğun olaraq arı ailələrinin yerini dəyişdirir.
    Söhrab Əsgərov rayonda və paytaxtda keçirilən müxtəlif tədbirlərdə yaxından iştirak edir.

  

Keçidlər