Şriftin ölçüsü :

Saytın rəngi :

Həşimov Elman Salman oğlu

  12 iyun 1973-cü ildə Mollaisaqlı kəndində anadan olub. 1980-1990-cı illərdə Mollaisaqlı məktəbində təhsil almışdır. Orta təhsillidir. 1988-ci ildən məktəblilərin yay tətili dövründə və istirahət günlərində kənd təsərrüfatı işlərinin yerinə yetirilməsində   atasının yanında çalışaraq texnikanın sirlərinə yiyələnmişdir.
    Elman Haşimov 1990-cı ildən Aşıq Ələsgər adına kolxozda mexanizator işləmişdir. Koxoz və sovxozlar islahata getdikdən sonra Elman əkinçiliklə məşğul olmağa başlamışdır. O, icarə müqavilələri əsasında hər il 80 hektardan çox sahədə taxıl və yem bitkiləri əkib becərir. Əkin sahələrinə aqrotexniki qaydalara uyğun qulluq edən fermer hər hektardan 30 sentnerdən çox məhsul götürərək ildə 250 tondan artıq məhsul istehsal edir. Fermerin 13 adda müxtəlif kənd təsərrüfatı texnikası vardır.

 

 

Keçidlər