Şriftin ölçüsü :

Saytın rəngi :

Çobanov Nizami Tərlan oğlu

  1967-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuş, 1975-1985-ci illərdə Qubaxəlilli kənd orta məktəbində orta təhsil almış, 1985-1987-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Heyvandarlığa uşaq yaşlarından böyük marağ göstərən N.Çobanov 1997-ci ildə ailəsi ilə birlikdə qoyunçuluq təsərrüfatı yaratmağa nail olmuşdur. O, öz təsərrüfatını otlaq sahəsi ilə təmin etmək məqsədilə 180 ha yay və 170 ha qış otlaq sahələrini müqavilə əsasında icarəyə götürmüşdür. Onun təsərrüfatında 600 başa yaxın xırda və 60 baş iri buynuzlu heyvan vardır.
    Təsərrüfat rəhbəri heyvandarlığın inkişafı ilə əlaqədar qüvvə və bacarığını sərf edir. Çalışır ki, daha məhsuldar cinsləri öz təsərrüfatında yetişdirsin. O, təsərrüfatın yemə olan tələbatını ödəmək üçün öz mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı icarəyə də torpaq sahəsi götürür. Hazırda Nizami 40 ha sahədə taxıl bitkilərindən ibarət səpin aparmışdır.

 

Keçidlər