Şriftin ölçüsü :

Saytın rəngi :

Əbilov Ağaələkbər Əbil oğlu

  1964-cü ildə Tircan kəndində anadan olub. 1971-ci ildə Tircan kənd tam orta məktəbinə gedən A.Əbilov 1981-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib. 1982-1984-cü illərdə Polşa xalq Respublikasında hərbi xidmətdə olub.
    Hərbi xidmətdən tərxis olunduqdan sonra Basqal kənd İstehlak Cəmiyyətində aşbaz işləmişdir. Sonralar Bakı Fəhləsi sovxozunda fəhlə kimi işləyən Ağaələkbər direktor müavini vəzifəsinə qədər yüksəlmişdir.
    1994-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan “Pircan” kiçik müəssisəsini təsis edib və müəssisənin direktoru işləyib. 2007-ci ildə müəssisə fəaliyyətini dayandırdığı üçün fiziki şəxs kimi heyvandarlıqla məşğul olmağa başlayır.
    Hazırda fermerə və ailə üzvlərinə məxsus 450 baş ana qoyun və 10 baş iri-buynuzlu mal-qara var. Ailə hər 100 baş ana qoyundan 80-85 baş quzu, hər qoyundan 2,5 kq yun əldə edir.
    Əbilov Ağaələkbərin icarəsində 100 ha yay və 300 ha qış otlaq sahəsi var. Təsərrüfatda 7 ailə çalışır və faydalanır.

 

Keçidlər