Şriftin ölçüsü :

Saytın rəngi :

Aslanov Allahverdi Əmiraslan oğlu

  Əhən kəndində fəaliyyət göstərən “Aslan” KFT MMC-nin təsisçisi və rəhbəri Aslanov Allahverdi Əmiraslan oğludur. A.Aslanov 14 may 1956-cı ildə rayonun Əhən kəndində anadan olub. O, 1964-cü ildə Əhən kənd 8-illik məktəbinin 1-ci sinifinə gedib, 1974-cü ildə isə İsmayıllı şəhər 3 nömrəli məktəbin 10-cu sinifini bitirib.
     Həmin il Ukrayna respublikasının Pervomaysk şəhərinə hərbi xidmətə göndərilmiş və 1976-cı ildə ordudan tərxis olunmuşdur.
      1977-ci ildə Bakı Politexnik texnikumunun axşam şöbəsində təhsil alan A.Aslanov həm də MİS-də texnik, sonralar isə mühəndis işləmişdir. 1981-ci ildə texnikumu bitirən A.Aslanov həmin il doğma rayonuna gəlmiş və 63 nömrəli səyyar mexanikləşdirilmiş dəstədə təhlükəsizlik üzrə mühəndis vəzifəsində işə başlamışdır.
     1983-cü ildən 1995-ci ilə qədər həmin müəssisədə iş icraçısı vəzifəsini daşımışdır. 1997-ci ildə isə rəhbərlik etdiyi “Aslan” KFT MMC-nin yaratmışdır.
       Fermer təsərrüfatının 980 baş xırda və 15 baş iri buynuzlu mal-qarası var. Təsərrüfat 200 yay və 400 ha qış otlaq sahəsindən istifadə edir. Fermer A.Aslanov hər 100 ana qoyundan 94-98 baş quzu alır. Hər qoyundan isə 2 - 2,5 kq yun əldə edir. İstehsal olunmuş məhsular daxili bazarlarda satılır.
       Təsərrüfatda 6 ailə çalışır və əmək haqqı alır.

 

Keçidlər