Dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası həyatın bütün sahələrinə olduğu kimi, idarəetmə sahəsinə də öz təsirlərini göstərmişdir. 2020-ci ilin əvvəlindən idarəetmənin əsas alətlərindən biri olan birbaşa ünsiyyət xəstəliyin yayılmaması üçün məhdudlaşdırıldı. Bununla belə zərurətlə əlaqədar pandemiya şəraitində ünsiyyətin yeni formaları yarandı.
2020-ci ilin əvvəlindən tətbiq edilən məhdudiyyətlər səbəbindən Etik müvəkkilin tədbirlər planına əsasən nəzərdə tutulan seminarların keçirilməsi təxirə salınmışdır. Buna baxmayaraq online müşavirələrdə, sosial şəbəkələr üzərindən məmur-vətəndaş münasibətlərinin qurulması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Pandemiya dövründə məmur-vətəndaş münasibətlərinin daha aktiv olduğu fəaliyyətlərdən biri vətəndaşlara hərəkət icazələrinin verilməsilə bağlı yerli icra hakimiyyəti orqanlarının gördüyü işlər olmuşdur. Odur ki, dövlət qulluqçularının bu sahədəki fəaliyyəti ciddi nəzarətdə saxlanılaraq daim təlimatlar verilmiş, mütəmadi olaraq etik davranış qaydaları onların nəzərinə çatdırılmışdır. İl ərzində inzibati tənbeh tədbirləri də məhz pandemiya dövründə fəaliyyətlərin tənzimlənməsi ilə əlaqədar olmuşdur.
2021-ci ildə dövlət qulluqçularının etik davranış qaydalarına əməl etmələri məsuliyyətinin artırılması məqsədilə etik davranış qaydaları ilə hər bir işçi fərdi qaydada bir daha tanış edilmişdir. Bundan əlavə sosial şəbəkə üzərindən xatırlatmalar edilmiş, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tam mətni dövlət qulluqçularının xidməti istifadələrinə çatdırılmışdır.
Pandemiya ilə əlaqədar məhdudiyyətlər aradan qaldırıldıqdan sonra seminarların keçirilməsi davam etdiriləcəkdir.
Vətəndaşların bütün növ, o cümlədən dövlət qulluqçularının fəaliyyəti ilə bağlı müraciətlərinin qəbul edilməsi üçün imkanlar bir qədər də artırılmış, İsmayıllı RİH-də təşkil olunan “Qaynar xətt”in (164) fəaliyyətini davam etdirilmişdir. Bundan əlavə vətəndaşlara sosial şəbəkələr vasitəsilə də məmur-vətəndaş münasibətlərinin qurulması istiqamətində görülən işlərə qiymət vermək imkanı yaradılmışdır.
İsmayıllı Rayon İcra Hakimiyyəti dövlət qulluqçularının, xususilə dövlət qulluğuna yeni qəbul edilmiş işçilərin maksimal dərəcədə qanunvericilikdə nəzərdə tutulan prinsip və məhdudiyyətlərə riayət etmələri üçün 2021-ci il üçün etik müvəkkilin iş planına əsasən maarifləndirmə işləri davam etdirləcəkdir.
2021-ci ilin hədəfi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” sənədinə uyğun fəaliyyət, məmur-vətəndaş münasibətlərinin tam səmimiyyət, qarşılıqlı etimad əsasında qurulmasıdır.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini, Etik müvəkkil Rövşən Ağayev
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin 2021-ci il üçün
İŞ PLANI
S/s |
Tədbirin adı |
Tədbirin mövzusu |
Tədbirin vaxtı |
Tədbirin keçirildiyi yer |
1 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Dövlət qulluğunda qiymətləndirmə, peşəkarlıq və fərdi xüsusiyyətlərin artırılması |
yanvar |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
2 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
Vicdanlı davranış , Peşəkarlıq və fərdi məsuliyyətin artırılması |
fevral |
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin konfrans zalı |
3 |
Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati vəzifə tutan işçiləri üçün təlimlərin keçirilməsi |
Loyallıq, İctimai etimad |
mart |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
4 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət, Mədəni davranış |
aprel |
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin konfrans zalı |
5 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi |
may |
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin konfrans zalı |
6 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, Korrupsiyanın qarşısının alınması |
iyun |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
7 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər |
iyul |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
8 |
Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati vəzifə tutan işçiləri üçün təlimlərin keçirilməsi |
Maraqlar toqquşmasının qarşısının alınması |
avqust |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
9 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Əmlakdan istifadə |
sentyabr |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
10 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
Məlumatlardan istifadə |
oktyabr |
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin konfrans zalı |
11 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Məlumatlardan istifadə |
noyabr |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
12 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
İctimai və ya siyasi fəaliyyət |
dekabr |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
13 |
Məktəbli və gənclərlə tədbir |
Dövlət qulluğuna marağın formalaşdırılması |
dekabr |
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin konfrans zalı |
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini, Etik müvəkkil
Rövşən Ağayev