Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıhətəmli kəndi

                                Hacıhətəmli kəndi

                                          

Böyük Qafqazın cənub ətəklərində rayon mərkəzindən 35 km cənubda dəniz səviyyəsindən 650-700 m yüksəklikdə yerləşir.Peterburq Universtetinin professoru Yüzbaşov "Hacıhətəmli" toponomini aydınlıq gətirərək qeyid edir ki, "Hacatamlı" əski türk dilində tam təpəli, yamaclı yer deməkdir.

Dil:  Kənd sakinlərinin ana dili qırız dilidir. Bəzən bu dili hapıt,cek,buduq dili kimi də qələmə verirlər.
Ömrünü qədim türklərin tarixinin araşdırılmasına həsr etmiş L.Qumulyov qədim cin mənbələrinə əsaslanaraq qeyd edirki, türklər günəş enirjisini yerə çatdıran qüvvəyə- yəni günəş şüasına "koyi" deyirlər. Günəşlə yer arasındakı məsafə də göy adlanırdı. Dildə ən sabit qalan ifadələr inanclarla bağlı olan ifadələrdi.Nənələrmiz alqış deyəndə "qoq köməyin olsun" deyərdilər.Bu gündə kənd sakinləri "Allah" əvəzinə" göydəki kişi"sözünü işlədirlər.

Kənd sakinlərin əksəriyyəti Qubadan gəlmiş qırızlardır.1830-cu illərdə Azərbaycanda çarizimə qarşı güclü üsyanlar olub. Bu üsyanlardan ən güclüsü Qubada baş vermişdir.Üsyan yatırılıqdan sonra qrizların bir hissəsi Şirvan torpaqlarında məskunlaşıblar.

Kəndin yerləşdiyi ərazi cox qədim yaşayış məskəni olmuşdur.Tapılmış maddi mədəniyyət nümunələri sübut edir ki, eramızdan cox-cox əvvəl buralar insanların yaşayış məskənləri olmuşdur.

1918-ci il kəndin tarixində dərin iz qoymuşdur. Belə ki, yenicə yaranmış ADR-i Gəncədə boğmaq üçün BXKS-nin hərbi hissələri Göyçay istiqamətində hücuma keçirlər.Qafqaz İslam Ordusu erməni daşnaklarınin qarşısını kəsir və onlara ağır zərbə endirir.Göyçay-Hacıhətəmli yolunun üstündə yerləşən "yerli gədik" deyilən yerdə Mustafa çavuş şəhid olur.Hacıhətəmli kəndi  uğrunda gedən döyüşlərdə daha  iki türk əsgəri şəhid olur
                Şəhidlər unudulmur...


• 1. Rafiq Seyfəddin oğlu İsmayılov 1963-10.03.1992
• 2. Sərvər Sani oğlu Azayev 1967-07.01.1994
• 3. Vüqar Nəsrəddin oğlu Vahidov 1972-02.04.1993
• 4. Qadir Şamil oğlu Məmmədov 1973-21.09.1992
• 5. Vasif Laçın oğlu Osmanov (baş l-nt) 1958-18.02.1994
• 6. Arif Kamil oğlu Ramazanov 1968-15.09.1992
• 7. Qalib Qədim oğlu Xəlilov 1973-25.09.1992
• 8. Qadir Sabir oğlu Şərifov 1969-11.03.1993
• 9. Ayaz Həbulla oğlu Ağayev 1975-26.01.19 (itkin)

Hacıhətəmli kəndində "Şoto Monolit" üzüm istehsalı və şərab emalı müəsisəsi yerləşir.İstehsal olunan müxtəlif çeşidli şərab növləri respublikada və xaricdə nüfuz qazanmışdir.

                           Hacıhətəmli kənd tam orta məktəbi.
Hacıhətəmli məktəbi 1925-ci ildə yaranıb- 1 pilləlik türk məktəbi kimi, . 1925-26-cı tədris ilində 2 qrup ümumi 45 şagird (32 oğlan, 13 qız)- 1 müəllmdən ibarət.. 1926-27-ci dərs ilində 2 qrup, ümumi 37 şagird (28 oğlan, 9 qız).. 1927-28-ci dərs ilində isə 2 qrup ümumi 24 şagird, 1 müəllimdən ibarət olub. Məktəbin ilk müəllimi də əslən Göyçayın Yalman kəndindən olan Yəhya  olmuşdur. ilk məktəb 1926-cı ildə ibtidai məktəb kimi fəaliyyət göstərməyə başlamışdır. Məktəbin ilk müəllimi-təşkilatçı əslən Hacıhətəmli kəndindən olan Seyidov Zakir olmuşdur. O, Göyçay qəzasının Məlikkənd kəndində ruhani məktəbini bitirərək Hacıhətəmli kəndində fəaliyyətə başlamışdır.
Hacıhətəmli kəndində dünyəvi məktəbdən əvvəl mollaxana məktəbi fəaliyyət göstərirdi. Məşğələlər xüsusi evlərdə keçirilirdi.
Kənddə ibtidai məktəb 1936-cı ildə yeddiillik məktəblə əvəz olunmuş və 1953-cü ildə 8 illik məktəbə çevrilmişdir. 1954-cü ildən isə orta məktəb kimi fəaliyyətini davam etdirir. Orta məktəbin ilk buraxılışı 1956-1957-ci illərdə olmuşdur ki, 31 nəfər məzun məktəbi bitirmişdir

                                    Kəndin tanınmış şəxsləri.
1.Aydın Səlimzadə(1953-1995)-Elmlər namizədi
2.Adil Abduləzizov-Polkovnik-leytenant                                        
3.Rasim Kərimov-Fövqaladə Hallar Nazirliyi.YMİ-nin rəis müavini
4.Rasim Şərifov- “Olaylar” analitik informasiya mərkəzinin direktoru
5.Xeyrulla Ağayev-“Neft Daşları” qəzetinin baş redoktoru
6.İlyas Seyidov-Bakı Şəhər prokroluğu. Böyük müstəntiq
7.İlqar Allahverdiyev-Polkovnik-leytenant
8.Bəhruz Məmmədov-Polkovnik-leytenant, Müdafiə Nazirliyi 
9.Vahidov Səyavuş-Polkovnik-leytenant. HHQ

Keçidlər