Şriftin ölçüsü :

Saytın rəngi :

Əhən kəndi

                                                            Əhən kəndi

                                                                                 
  Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən  Əhən, Qoydan, Ximran və Dvoryan kəndlərindən ibarətdir.Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar,3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmş torpaqlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibarı ilə 328 nəfər kişilər,362 nəfər qadınlardan ibarətdir.
Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən  39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. İqlimi mülayim, olsada,qışda sərt soyuqlarlağ( 〖-25〗^0 c ,〖-30〗^0 c)  müşahidə olunur. Relyefi dağlıq,dağ-çəmən, girintili-çıxıntılı dərə-təpə və sərt qayalıqlardan ibarətdir. Dağlar tektonik mənşəlli olduğundan, dağəmələgəlmə davam etdiyinə görə, torpaqəmələgəlmə prosesi zəifdir.Maillik yüksək olduğundan və II Dünya Müharibəsi  zamanı əkinçilikdə istifadə olunduğundan, torpaqların münbit qatının erroziyaya uğraması sürətlənmişdir.
Kəndin tarxi haqqında dəqiq məlumatlar olmasa da deyilənə görə burada məskunlaşma Lahıc qəsəbəsi ilə eyni vaxtda olmuş yaxudda Lahıcın bir hissəsi olmuşdur. Əhən sözünün etimalogiyasına nəzər yetirdikdə görərik ki, fars dilində olan  اهن (Ahən) - dəmir mənasını verir.Bu əsasən  sakinlərin ilkin məşğuliyyətləri ilə əlaqədar olmuşdur. Çünki  Əhən kəndində sakinlərin əsas məşğuliyyət növü dəmirçilik olmuşdur. Lahıc qəsəbəsi yol üstündə yerləşdiyinə görə Əhən kəndində olan dəmirçilər ora köçmüş, kənd təsərüffatı ilə məşğul olan əhali isə Əhən kəndində qalmışlar. Zaman –zaman baş verən iqtisadi çətinliklərə görə kənd əhalisi respublikanın müxtəlif ərazilərinə köçənlərdən savayı,Şamaxının Dəmirçi kəndinin, Axsunun Ülgüc kəndinin əhalisi əslən Əhən kəndindən köçənlərdir. Hətta Gürcüstan Respublikasının Qumburi kəndinin əhalisi əslən Əhənlilərdən ibarətdir.Kənddə bir kökdən olan  beş nəslin məhəllələri mövcuddur. Məhəllələrə Rzaxanlılar, Salahlılar, Hacıqayıblılar, Fərzililər və Nabatlılar daxildir. Kənddə 145 təsərrüfat, 190 ailə, 113 yaşayış evi (2017-ci ilin yanvar  ayına qədər olan məlumat) mövcuddur.Əhən kəndində 275 nəfəri kişi, 297 nəfəri isə qadın olmaqla 572 nəfər əhali qeydiyyatdadır.Kənddə məskunlaşan əhali, əsasən azərbaycan və tat dillərində danışırlar.Əhali milliyətcə  azərbaycanlıdırlar.
    Kəndin iqtisad fəaliyyətini heyvandarlıq,meyvəçilik, əkinçilik və xalçaçılıq təşkil edir.Son zamanlar xalçaçılığın inkişafınd geriləmə baş vermişdir. Heyvandarlıqda əsas üstünlüyü qoyunçuluq təşkil edir ki, bu sahə ilə məşğul olanların əksəriyyəti köçəri təsərrüfatla məşğul olurlar.Hazırda (01.01.2017-ci illə olan məlumat) 10 000 dən artıq xırdabuynuzlu  və 700 başa kimi iribuynuzlu davarlar vardır.Əkinçilik kəndin relyefinə uyğun olaraq azlıq təşkil edir.Kəndin 67 ektar meyvə  bağı sahəsi  mövcuddur. Burda ağacların çoxunu alma, müəyyən qədər armud və qoz ağacları təşkil edir. Ərazi təbii meyvə, giləmeyvə, və dərman bitgiləri ilə də zəngindir. 2016-cı ildə Almaniya-Azərbaycan birgə təşkilatının köməkliyi ilə 3 ha ərazidə əksəriyyəti qoz ağacı olmaqla meşəsalma işləri görülmüşdür.
     Əhən kəndində bir ümumi orta təhsil müəssisəsi mövcuddur.Burada 13 müəllim, 60 nəfər şagird var. Məktəbdə kitabxana fəaliyyyət göstərir.  Hal –hazırda 18 nəfər Respublikanın müxtəlif ali təhsil ocaqlarında  təhsillərini davam etdirirlər ki, onlardan 3nəfəri  magistr, biri isə AMEAN-nın elmi işçisidir. Əhən kəndində  120 nəfərlik klub binası və feldşer və baytarlıq  məntəqəsidə mövcuddur.
Əhən kəndində iki nəfər Sovetlər dövründə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşlər.
Aslanov Arif Bəhmən oğlu – Polis Polkovnik Leytenantı
Məmmədov Səfərəli  İbrahim oğlu - SSRİ  Dövlət Mükafatı Laureatı – Sosialist Əməyi Qəhrəmanı.
Qasımov Əlman Fərman oğlu - SSRİ Dövlət Mükafatı Laureatı - Sosialist Əməyi Qəhrəmanı.
Aslanov Ağahüseyin Ağacəfər oğlu –  Şəhid , Polis Polkovnk Leytenantı.
Aslanov Bəhmən Allahvermiş oğlu -  Polis Polkovnk Leytenantı.
Əhən kənd İƏd üzrə nümayəndəlikdən müxtəlif qurumlarda işləyənlər.
Əkbərov Zakir Məhyəddin oğlu - Qazaxıstan Respublikası Texnologiya Universiteti - Hüquq Elmləri Namizədi   (Polkovnik- leytenant)
Babayev Zahir Ağasəf oğlu - AMEA , Beynəlxalq Münasibətlər üzrə fəlsəfə doktoru
Məmmədov Hidayət Mahmud oğlu - "Tərəqqi" medallı, Respublika Metropoliten idarəsinin  rəis müavini
Əşrəfov  İbrahim Əlövsət oğlu - PA-da Xüsusi tibb xidməti idarəsi. Böyük məsləhətçi, dövlət qulluğu müşaviri
Fətəliyev Ağamirzə Hacıbala oğlu - Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi. Əsaslı Təmir Tikinti şöbə rəisinin müavini
Məmmədov Qalib Sadıq oğlu - Ədiliyyə Nazirliyi Regionlar üzrə  Tədqiqat şöbəsinin rəisi
Bəndiyev Hümmət Hörmət oğl – Milli ordu, Polkovnk-leytenant.
Xankişiyev Ramiz Səfər oğlu - ARTU,Kaspar,Şöbə müdiri
Qədirov Elman İsa oğlu - Respublika Nevrologiya Xəstəxanası,Neyroreanimatoloq
Bəşirov Fuad Əlvan oğlu - Zaqatala Hərbi Prokurorluqu
İsmayılov Rəfael  Hüsenağa oğlu - Respublika Əmlak Komitəsi
Cəbiyev Aqil İxtiyar oğlu - Respublika Apelyasiya Məhkəməsi
Balayev Nazim Zülqədəm oğlu- Dövlət Xüsusi Mühafizə  Xidməti, Şöbə müdiri

   Əhən kəndində XIX əsrdə inşa olunmuş iki məscid mövcuddur ki, bunlardan biri Sovetlər vaxtında anbar kimi istifadə edilmiş, və  baxımsızlıqdan dağılmışdır, digər biri isə özəlləşmə dövründə özəlləşdirlmiş və şəxsi tikili kimi fəaliyyət göstərməkdədir. Ərazidə  iki müqəddəs pir mövcuddur. Bunlar Əhən  piri kimi tanınır və haqqlarında rəvayətlər mövcuddur. Tarixi abidə kimi ərazidə iki bulqda mövcuddur ki, bunlardan biri mərkəzi bulaq- kənd sakinlərini içməli su ilə təmi edir,digər biri isə Kələxuni adlanan bulaqdır ki,bunnan əsasən heyvandarlıqın suvarılmasında istifadə olunur. Son illərdə iki yerdən çəkilmiş su xətti bütün məhəllə və əksər evlərin su ilə təmin olunması üçün şərait yaratmışdır. Kənd elektrik daimi enerjisi ilə təmin edilir və kənddə yeməkxana yoxdur. Kəndə il boyu avtomobillə getmək olar

Keçidlər