İsmayıllı rayonunun əhalisi 01.01.2019-cu il tarixə 86735 nəfərdir. İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur. Əhalinin 28180 (32.40 %) nəfəri şəhərdə, 58555 (67.60 %) nəfəri isə kənddə yaşayır.
Ərazidə 145 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 137 şəhid ailəsi, 6 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 11 nəfər əməkdar müəllim, 12 nəfər “Tərəqqi”, 7 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır.
Rayonun müxtəlif yaşayış məntəqələrində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan məcburi köçkün düşmüş 876 ailə (3434 nəfər) müvəqqəti məskunlaşmışdır.