Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gəncləri ilə görüş

24 oktyabr 2015 | 15:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov mütəmadi olaraq rayon gəncləri ilə görüşlər keçirir. Artıq bu, bir ənənə halını alıb.  Belə görüşlərdən biri 24 oktyabr 2015-ci il tarixdə reallaşıb.
RİH başçısının bu dəfəki görüşü İnnovasiyalar qrupu və rayon gəncləri ilə oldu. Görüşdə RİHB-nin müavini Sevil Əhmədova,İctimai-siyasi şöbənin əməkdaşları, RTŞ-nin müdir müavini Rahim Baxışov, RMT-nin müdiri Azər Abbasov, RGİİ-nin rəisi Taleh Salehov və rayonun 90 nəfər fəal gənci iştirak edib.
İştirakçıları  salamlayan RİH başçısı  Mirdaməd Sadıqov  bu gün Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Azərbaycan gəncliyinin ictimai həyatın bütün siferalarında aktiv fəaliyyəti ilə seçidiyini, və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.
Sonra tədbirdə İnnovasiya mərkəzinin rəhbəri Valeh Əliyev, şəhər 3 saylı məktəb liseyinin şagirdi Toğrul Qasımov, Lahıc qəsəbə tam orta məktəbinin idman müəllimi Bənövşə İsmayılov  həyata keçirdikləri  layihələr  və gələcəkdə görəcəkləri işlər barədə çıxış etdiblər.
Şəhər 1 saylı tam orta məktəbin müəllimi Ruhiyyə Mahmudova, Surə Mehdiyeva, Keyvəndi kənd tam orta məktəbinin kimya müəlliməsi Sevinc Novruzova təhsilin inkişafı ilə bağlı təkliflərini irəli sürüblər. Sonda göstərilən diqqət qayğıya görə gənclər adından çıxış edən Cüdo mərkəzinin rəhbəri Əkbər Şəfaqətov rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirin yekununda RİH-nin başçısı Mirdaməd Sadıqov gənclərə tövsiyə və tapşırıqlarını verdi, onları ictimai fəallığa dəvət etdi.

Keçidlər