Şriftin ölçüsü :

Saytın rəngi :

“e-Learning və e-Research” modelinin öyrənilməsi üzrə maarifləndirmə seminarı keçirilmişdir

16 may 2015 | 15:00

14-16 may 2015-ci il tarixlərdə Rayon Təhsil şöbəsinin akt zalında, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “e-Learning və e-Research modelinin öyrənilməsi üzrə maarifləndirmə seminarlarının təşkili” layihəsi çərçivəsində 10-11-ci sinif şagirdlərinə təlim keçirilmişdir.
Təlimlərdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, təhsil şöbəsinin metodkabinetinin müdiri Hümbət Əsədov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin İdarə Heyətinin üzvləri fəlsəfə doktoru Ruslan Rəhimli və fəlsəfə doktoru Aysel Nuriyeva iştirak etmişlər.

Keçidlər