Şriftin ölçüsü :

Saytın rəngi :

Fərqli uşaqlar, fərqli qayğı

10 mart 2015 | 16:00

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı və AccesBankın maliyə dəstəyi ilə şəhərdəki 1 saylı xeyir-şər evində xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün bayram tədbiri keçirmişdir. Yel çərşənbəsi günü keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı UADM-in direktoru Lətifə Əliyeva, İncəsənət Məktəbinin müəllimi, Ceyran Məmmədova, İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Məhərrəm Əhmədov, İsmayıllı bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyev, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov çıxış edərək fərdi təhsildə olan uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə belə tədbirlərin keçirilməsinin vacibliyindən danışdılar, uşaqları Yel çərşənbəsi və Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdılar.
Uşaqlar tədbiri bayramı süfrəsi arxasında qeyd etdilər, Rayon Mədəniyyət evi “Niyal” xalq çalğı alətləri ansamblının solistləri Sahibə Abdullayevanın, Rövşən Teyyubovun, İntiqam İbrahimovun, məktəbli Samirənin oxuduqları şən mahnıların sədaları altında doyunca rəqs etdilər, əyləndilər.

Keçidlər