Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

21 noyabr 2014 | 16:00

Noyabr ayının 21-də İsmayıllı Rayon İcra Hakimiyyətinin konfrans zalında Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov diqqətə çatdırıb ki, bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilib. RİH başçısı Ulu öndərin ədliyyə və məhkəmə orqanlarının inkişafındakı xidmətlərindən danışıb. Bu sahədə həyata keçirilən uğurlu islahatların Azərbaycanda ədliyyə sisteminin inkişafı və formalaşması ilə nəticələndiyini bildirib. Çıxış edənlər bugünkü inkişafın ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapdığını,  Azərbaycanın regionda lider dövlətə çevirdiyini deyiblər. İsmayıllıda ədliyyə işçilərinə göstərilən diqqət və qayğıdan razılıq ediblər.

Keçidlər