Şriftin ölçüsü :

Saytın rəngi :

Mini futbol üzrə rayon birinciliyi

28 oktyabr 2014 | 16:00

İsmayıllı rayon Gənclər və İdman idarəsi 27-28 oktyabr 2014-cü il tarixlərdə İsmayıllı Olimpiya İdman Kompleksində rayon məktəblərinin X-XI sinif şagirdlərindən təşkil olunmuş futbol komandaları arasında mini futbol üzrə rayon birinciliyi keçirib.
İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov çıxış edərək məktəbli idmançıları həm bu yarışda, həm də dərslərində uğurlar arzulayıb.sonra yarış başlayıb.
İki gün davam edən yarışa rayonun 11 məktəb komandası qoşulmuşdu. Şəhər 1 saylı, şəhər 3 saylı, şəhər 5 saylı, şəhər 6 saylı, Talıstan, Təzəkənd, Ruşan, İvanovka, Hacıhətəmli, Quşencə və Qurbanəfəndi məktəblərinin əzmlə, böyük ruh yüksəkliyi ilə mübarizə apardığı birincilikdə I yerə İvanovka, II yerə şəhər 1 saylı və III yerə şəhər 3 saylı tam orta məktəblərin komandaları layiq görülüblər.
Qələbə qazanan hər üç komanda rayon Gənclər və İdman idarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif edilib.

Keçidlər