Şriftin ölçüsü :

Saytın rəngi :

İngilis dilindəki kitabların sərgisi

22 oktyabr 2014 | 15:00

22 oktyabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasında kitabxanaya yeni daxil olan ingilis dilindəki kitabların sərgisi və biblioqrafik icmalı təşkil edilib.
Sərgidə İsmayıllı MKS-in əməkdaşları, məktəblilər və kitabxananın fəal oxucuları iştirak edib.
Sərgiyə baxışdan öncə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İsmayıllı Uşaq Kitabxanasının müdiri Rəna Süleymanova kitabın və kitabxananın bütün ziyalı təbəqələr, şagirdlər və ictimaiyyət üçün müsbət rolundan danışıb.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əzizə Məsimova yeni kitablar haqqında ətraflı məlumat verib.
Kitabxananın fəal oxucuları sərginin əhəmiyyətini vurğulayıblar.

Keçidlər