Şriftin ölçüsü :

Saytın rəngi :

Bədən dili və natiqlik sənəti

23 oktyabr 2014 | 15:00

23 oktaybr 2014-cü il tarixdə İsmayıllı Tarix Diyarşünaslıq Muzeyində “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin Sosial Fəallığını artıraq” adlı layihəsi çərçivəsində  seminar keçirmişdir.
      Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov gənclər arasında natiqlik qabiliyyətinin inkişaf etdirilməsi üçün belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmışdır.
Layihə koordinatoru İsmət Əmrahov İsmayıllı RİH-nə tədbirin təşkilatçılığına görə minnətdarlığını bildirmiş və layihənin mahiyyəti haqqında  məlumat vermişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, təlimçi Radil Fətullayev yeniyetmə və gənclərdə sosial fobiyanın aradan qaldırılması, kütlə qarşısında nitq mədəniyyətinin formalaşması  və düzgün ünsiyyət vasitələrindən, o cümlədən bədən dillərindən doğru istifadə edərək cəmiyyətdə öz laiqli yerlərini tutmaları haqqında ətraflı danışmış, gəncləri maraqlandıran suallara cavab vermişdir.
Sonda tədbir iştiraçılarına “Bədən Dili və Natiqlik Sənəti” adlı kitab hədiyyə edilmişdir.

Keçidlər