Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” milli intellektual oyununun rayon mərhələsi keçirildi

18 oktyabr 2014 | 15:00

17 oktyabr 2014-cü il tarixdə saat 12:00-da Gənclər Mərkəzinin akt zalinda 18 oktyabr Müstəqillik gününə həsr edilmiş “Xəmsə” milli intellektual oyununun IV Azərvbaycan çempionatının rayon mərhələsi keçirildi. Yarışı İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehov açaraq iştirakçıları salamladı və hər bir komandaya uğur arzuladı. Gərgin bilik mübarizəsi şəraitində keçən yarışda rayonumuzun müxtəlif məktəblərindən 12 komanda iştirak etdi. Komandalar içərisində ən yüksək nəticələri Cülyan, Təzəkənd və şəhər 1 saylı tam orta məktəbin komandaları göstərərək finalda mübarizə apardılar. Nəticədə Cülyan məktəblilərindən təşkil olunmuş eyniadlı komanda I yerə, Təzəkənd məktəblilərindən ibarət “Odlar Yurdu” komandası  II yerə və İsmayıllı şəhər 1 saylı tam orta məktəbin “İsmayıllı 1” komandası isə  III yerə layiq görüldü. Qalib gəlmiş komandalar rayon Gənclər və İdman idarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif edildilər. I yerə layiq görülmüş Cülyan komandası Ucar rayonunda keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazandı.

Keçidlər