Şriftin ölçüsü :

Saytın rəngi :

Təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir

18 oktyabr 2014 | 15:00

Epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə İsmayıllı rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsi start götürüb.
Layihə çərçivəsində 18 oktyabr 2014-cü il tarixdə rayon mərkəzində rəsm müsabiqəsi təşkil edilib. Müsabiqədə Fazil Əzimov adına İsmayıllı Rayon Uşaq İncəsənət Məktəbinin rəssamları insanları təmizliyə riayət etməyə çağıran rəsmlər çəkiblər.
Rayon məktəblərinin şagirdləri “Təbiətin İsmayıllı verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir”, “Təmizlik sağlamlıqdır” yazıları əks edilmiş lövhələrlə insanları layihəyə dəstək verməyə dəvət ediblər.
İsmayıllı Mədəniyyət Sarayının qarşısında şəhər 1, 2, 3 və Talıstan kənd körpələr evi-uşaq bağçalarının balaca fidanları əllərindəki lövhələr, təmizliyi qorumağa səsləyən fikirlər və rəqslərlə insanları şəhərin təmizliyini qorumağın vacibliyini çatdırıblar. Böyüklər adətən uşaqların sözünü dinləyir və əməl etməyə çalışırlar. Bu baxımdan layihədə balacaların iştirakı mühüm əhəmiyyət kəsb edir.

Keçidlər