Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət müstəqilliyi günü qeyd edildi

17 oktyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Dövlət müstəqilliyi gününə İsmayıllı rayonu sosial-iqtisadi inkişafda, yeniləşmədə, tikib-qurmaqda, təhsildə, mədəniyyət və turizmdə və digər sahələrdə qazandığı yüksək nailiyyətlərlə gəlib.
17 oktyabr 2014-cü il tarixdə müstəqilliyin bərpasının növbəti ildönümü günü Heydər Əliyev Mərkəzində təntənəli şəraitdə qeyd edilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova məruzə edərək demişdir ki, həmişə barış və sülh mövqeyində olan Azərbaycan zaman-zaman ədalətsiz müharibələrə cəlb edilmiş, soyqırımlara məruz qalmış, dövlətçiliyinə qəsd edilmişdir. 23 ay davam edən Azərbaycan Demokratik Cümhuriyyəti də XI-ordunun silahlı müdaxiləsi ilə devrilmişdi. 70 il gözləyən xalqımız, nəhayət ki, 1991-ci ildə oktyabrın 18-də yenidən müstəqilliyinə  qovuşmuşdur. Dövlət müstəqilliyi barədə Konstitusiya aktı qəbul edilmişdir. Həqiqi müstəqilliyə isə Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra çatmışdır.
Çıxış edən Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev və şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Famil Əhmədov çıxışında müstəqilliyin əbədi və dönməz xarakter almasında Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq miqyaslı nailiyyətlər qazanmasından danışmışlar.
Mərkəzin foyesində konsert olmuşdur.
18 oktyabrda Dövlət müstəqilliyi gününə töhfə olaraq “Təmiz şəhərdə yaşayaq” layihəsi çərçivəsində bütün rayon ərazisində iməclik keçirmək, ağac əkmək qərara alındı.

Keçidlər