Şriftin ölçüsü :

Saytın rəngi :

2 gün yarmarka təşkil edildi

23 avqust 2014 | 15:00

Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən kənd təsərrüfatı məhsullarının yarmarkaları artıq rayonumuzda ənənəvi hal almışdır. Növbəti yarmarka 22-23 avqust 2014-cü il tarixlərində şəhərin “Qala divarları” və “Bahar” mebel mərkəzinin önündə təşkil edildi. Yarmarkada rayonun fermerləri, kənd təsərrüfatı məhsulları istehsalçılarının, eləcə də quşçuluq müəssisələrinin məhsulları satışa çıxarıldı.
         Meyvə-tərəvəz, taxıl, noxud, ət, bal, süd və süd məhsullarının bazar qiymətlərindən 25-30% aşağı qiymətə satılması əhali tərəfindən rəğbətlə qarşılandı.

Keçidlər