Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri vətəndaşları qəbul etmişdir

22 aprel 2014 | 15:00

Aprelin 21-də Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun qəbulu keçirilmişdir. Nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən qəbulda İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.
Qəbula gələnlər əsasən işə qəbul, diplomların tanınmasında yaranmış problemlər, təhsil haqqı, xaricdə təhsil, məktəb və uşaq bağçalarının tikintisi, təmiri və sair məsələlərlə bağlı müraciət etmişlər.
Hər bir müraciət nazir tərəfindən diqqətlə dinlənilmiş, bir çoxu yerindəcə həll olunmuşdur. Bir sıra müraciətlərin araşdırılaraq həll olunması üçün müvafiq qurumlara konkret tapşırıqlar verilmişdir.
Həmin gün nazir M. Cabbarov təhsilə cəlb edilən sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirmiş, onların təhsili, cəmiyyətə inteqrasiyası, elektron resurslardan istifadə imkanları ilə maraqlanmış, bu sahədə konkret tapşırıqlar vermişdir. Sağlamlıq imkanları məhdud olan 17 şagirdə notbuklar hədiyyə edilmişdir.

Keçidlər