Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar dama yarışı keçirilmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsinin tərtib olunmuş tədbirlər planına uyğun olaraq İsmayıllı rayon Mədəniyyət işçiləri Həmkarlar Komitəsinin təşkilatçılığı ilə mədəniyyət işçiləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar dama yarışı keçirmişdir. Yarış iştirakçıları püşkatma ilə qruplara bölünərək qalib adı uğrunda mübarizə aparmışlar. Rayon Mədəniyyət Mərkəzinin, Uşaq İncəsənət məktəbinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçilərinin iştirakı ilə keçirilən yarışda Rayon Mədəniyyət Mərkəzinin elektriki Mamedov Xanlar Balakişi oğlu birinci, Uşaq İncəsənət məktəbinin müəllimi Şirəliyev Seymur Sədrəddin oğlu ikinci, Rayon Mədəniyyət Mərkəzinin medodisti Şəmdinli Araz Tahir oğlu üçüncü yeri tutmuşlar. Yarış qaliblərinə Mədəniyyət işçiləri Həmkarlar Komitəsinin təsis etdiyi mükafatlar və diplomlar təqdim olunmuşdur.