Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları geniş müzakirə olunmuşdur

17 aprel 2014 | 15:00

İsmayıllı rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, ilin ilk üç ayında 25 milyon 560 min manat ümumi məhsul istehsal edilmişdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 255 min manat çoxdur. Artım bütün sahələrdə o cümlədən sənayedə 2,4 faiz, kənd təsərrüfatında 0,4 faiz, tikintidə 0,3 faiz və sair təşkil etmişdir.
Hesabat dövründə tikinti-quruculuq və abadlıq işləri geniş vürsət almışdır. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Üzrə İkinci Layihə” çərçivəsində İsmayıllı şəhərinin su və kanalizasiya sisteminin tikintisi, mərkəzi rayon xəstəxanasının yenidən qurulması, YAP rayon təşkilatı üçün inzibati binanın,       N.Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binasının tikintisi, şəhərin bir sıra küçə və parklarının yenidən qurulması, Qalınçaq, Şəbiyan və Külüllü kənd məktəbləri üçün yeni binaların, Sumağallıda 40 yerlik uşaq bağçasının, “İlkin-3” quşçuluq fabrikində 4 sexin, Keyvəndi kəndində 1400 başlıq  südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin  və digər obyektlərin tikintisi davam etdirilmişdir.
Hesabat yığıncağında aqrar sahənin inkişafına ciddi dəstək verildiyi, məhsul istehsalının əvvəlki ilin eyni dövrü ilə müqayisədə  32 min manat artdığı qeyd olunmuş, mal-qaranın  cins tərkibinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldüyü vurğulanmışdır.
Məruzə və çıxışlarda əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatı ilə normal təmin edilməsi sahələrində görülən işlərdən ətraflı bəhs edilmişdir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin əhalinin kütləvi surətdə pulsuz tibbi müayinəsi ilə bağlı verdiyi tapşırıq rayonda uğurla icra olunur.
Hesabat yığıncağında qarşıda duran konkret vəzifələrdən də geniş danışılmışdır.

 

Məruzə ilə buradan tanış ola bilərsiniz.

Keçidlər