Şriftin ölçüsü :

Saytın rəngi :

Zona birinciliyi keçirildi

12 aprel 2014 | 15:00

11 aprel 2014-cü il tarixdə  İsmayıllı şəhər 3 saylı tam orta məktəbin idman bazasında "Vətənin Müdafiəsinə Haziram" poliatlon çoxnövçülüyünün zona birinciliyi keçirildi. Zona birinciliyində İsmayıllı, Şəki, Oğuz, Qəbələ və Qax rayonunun komandaları iştirak edirdi. Yarışın sonunda I yeri İsmayıllı, II yeri Qax, III yeri isə Oğuz rayonunun komandaları tutdular. Yarışda ilk 3 pilləni tutmuş komandalar Gənclər və İdman Nazirliyinin , İsmayıllı rayon Gİİ-nin diplomlari ilə təltif olundular və 24-28 aprel tarixində Mingəçevir şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazandılar.

Keçidlər