Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir

11 aprel 2014 | 15:00

  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə aprel ayının 9-da və 10-da ağacəkmə aksiyası həyata keçirilmişdir. Aksiya ilə əlaqədar iki gün ərzində 9100 ədəd ağac əkilmişdir.
    Ağaclar İsmayıllı-Muğanlı, eləcə də İsmayıllı-Qaraməryəm avtomobil yolunun ətraflarında əkilmişdir. Əkin zamanı əsasən xan çinarı, ağcaqayın, qovaq, göyrüş, akasiya, lapan və digər cinslərdən istifadə edilmişdir.

    Ümumiyyətlə, rayon ərazisində son illərdə yaşıllıqların artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Cari ilin yaz mövsümündə İsmayıllı şəhəri ərazisində, avtomobil yolları ətraflarında və bələdiyyələrin ərazilərində yaşıllaşdırma işləri müntəzəm həyata keçirilmişdir. Belə ki,  əvvəlki illərdə əkilmiş yaşıllıq zolaqlarında bərpa məqsədilə və yeni yaradılan yaşıllıq zolaqlarında cəmi 5000 ədəd ağac əkilmişdir.

Keçidlər