Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

25 yanvar 2022 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Çıxış edənlər zərərli vərdişlərin insan orqanizminə və həyatına, ümumilikdə cəmiyyətə göstərdiyi mənfi təsirlər barədə şagirdlərə məlumat verib. Bildirilib ki, belə hallara qarşı mübarizədə nəinki hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür.

Tədbirdə əsrin bəlası sayılan narkomaniyadan bəhs edən video-çarx nümayiş etdirilib.

Keçidlər