Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı ağ örpəyə büründü

14 yanvar 2022 | 16:00

Ötən gündən etibarən İsmayıllıda havanın qeyri-sabit keçməsi nəticəsində gecə saatlarında  qar yağmağa başlayıb.  İsmayıllı şəhərində 4-5 santimetr qalınlığında olan qarın rayonun ucqar kənd və qəsəblərində 10-15 santimetr olduğu müşahidə edilib.

Yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb. Elektrik verilişində yaranmış kəsilmələr qısa müddət ərzində bərpa edilib.
“9 saylı Yol İstismarı” MMC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib.
Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə gecə və səhər saatlarında buzlaşma baş verən Muğanlı-İsmayıllı avtomobil yolunun 0-40 km, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 0-46 km-lik hissələrinə qum-duz qarışığı səpilib.

Bundan əlavə, qar torpağın nəmliyini artırır, zərərvericiləri öldürür, taxılın, bitkilərin üzərini örtərək onları şaxtadan qoruyur. Qarın yağması su ehtiyyatlarının artımınada müsbət təsir göstərir.

Hazırda rayon ərazisində qarın yağması davam edir.

Keçidlər