Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsi və qazilərlə görüş keçirilib

07 yanvar 2022 | 16:00

Bu gün  Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federassiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi qaziləri və şəhid ailəsi ziyarət olunub.

Görüşdə federasiyanın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qazilər və şəhid ailəsi ilə sosial-psixoloji söhbətlər aparılıb. Söhbət zamanı qazilərimizin paralimpiya hərəkatına qoşulması təklif olunmuş və İsmayıllı rayonu ərazisində Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federassiyasının nümayəndəliyinin açılması barədə təşəbbüs irəli sürülmüşdür.

Keçidlər