Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində görüş keçirilib

01 dekabr 2021 | 16:00

Bu gün İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” adlı beynəlxalq kampaniyası çərçivəsində maarifləndirmə məqsədli görüş keçirilib.

Görüşdə Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İsmayıllı Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri iştirak edib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı hallarının cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmasına, cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərinə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.

O əlavə olaraq qeyd edib ki, hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır.

Görüşdə həmçinin məişət zorakılığının qarşısının alınması ilə bağlı bələdiyyələrdə yaranan gender məsələləri komissiyalarının rolu barədə müzakirələr aparılıb və tədbir iştirakçılarına müvafiq tövsiyələr verilib.

Keçidlər