Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətində bir qrup təhsil işçisi ilə görüş keçirilib

25 noyabr 2021 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı səmərəli fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən təltif olunan və şəhid general Polad Həşimovun xatirəsinə həsr edilmiş "Zəfər" adlı olimpiadanın qalibi olmuş müəllimlərlə görüşüb.

Görüş zamanı rayon rəhbəri müəllimlərlə təhsil barədə söhbət edib, prioritetlərlə maraqlanıb, təhsildə əldə edilən nailiyyətlərdə müəllimlərin əvəzsiz rolunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Daha sonra Təhsil Nazirliyinin layiq gördüyü döş nişanı və fəxri fərmanlar təhsil işçilərinə təqdim edilib.

Sonda xatirə şəkilləri çəkilib.

Keçidlər