Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin medalı ailəsinə təqdim edilib

15 noyabr 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş Cəmil Məmmədlinin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edildiyi “Cəsur döyüşçü” medalı şəhidin atasına təqdim olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidin ailəsini ziyarət ediblər. Görüşdə Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Şəhidin atası Habil Məmmədli şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Keçidlər