Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində mediatur təşkil olunub

12 noyabr 2021 | 16:00

12 Noyabr tarixində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində mediatur təşkil olunub.

Mediaturda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədir müavini Aynur Sofiyeva, komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədir müavini Aynur Sofiyeva çıxış edərək, ölkə rəhbəri tərəfindən təsdiq edilən dövlət proqramları çərçivəsində regionlara investisiya qoyuluşunun artırılması ailələrin rifahının yaxşılaşdırılmasına geniş imkanlar yaratdığını bildirib. Bu sahədə uğurlu tədbirlərdən biri də yerlərdə icmadaxili xidmətlərin və əhali ilə aparılan işlərin effektivliyiynin artırılmasına xüsusi töhvə verən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) yaradılmasıdır. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində 11 rayonda (Bakı-Xəzər rayonu, Goranboy, Göygöl, Ağdam, Zaqatala, Qəbələ, İsmayıllı, Saatlı, Sabirabad, Zərdab, Hacıqabul) UADM- ləri fəaliyyət göstərir.

Mediaturda bildirilib ki, Dağlıq Şirvan iqtisadi rayonunda yerləşən İsmayıllı UADM Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 1328 saylı Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyinə verilib.

Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək İsmayıllı UADM-in ayrı-ayrı xidmət otaqları və yaradılan şərait barədə media nümayəndələrinə ətraflı məlumat verib. Habelə, bildirib ki, yaxın rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qruplu ailələr üçün də yataq otaqları və sanitar qovşaqları da tikilərək istifadəyə hazır edilib. Mərkəzin normal və günün tələbinə uyğun fəaliyyət göstərməsi üçün hər cür avadanlıq və vəsaitlərlə təmin olunub.

Keçidlər