Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının Xəlili kəndində şəhid Müseyibli Ülvinin anım günündə xatirəsinə inşa edilmiş bulağın açılışı olub

06 noyabr 2021 | 16:00

Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri şəhidin Xəlilli kənd qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Mərasimdə çıxış edənlər şəhid Ülvi Müseyiblinin ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər.

Sonra rayon rəhbəri və şəhidin atası  şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışını ediblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, bulağın inşa edilməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.
Anım mərasimində Xəlilli kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Daha sonra şəhidin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub və şəhidin “Xocavəndin azad olunmasına görə” medalını ailəsinə təqdim edilib.

Keçidlər