Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününə həsr edilmiş hərbi-idman oyunları keçirilib

04 noyabr 2021 | 16:00

8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Möhtəşəm qələbəmiz tarixin Zəfər Salnaməsidir!" adlı hərbi-idman oyunu keçirilib. Tədbirdə şəhid anaları, rayon rəsmiləri və yarış iştirakçıları iştirak edib.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra yarışa start verilib.Yarış Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu günlərdə açlışında iştirak etdiyi İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbdə keçirilib.

Yarışın keçirilməsində məqsəd məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinin artırılmasından ibarətdir.

Keçidlər