Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbirlər planına uyğun olaraq “Tariximizi öyrənək” adı altında İsmayıllı rayon Tarix -Diyarşünaslıq Muzeyinə ekskursiyalar davam edir

03 noyabr 2021 | 16:00

25 oktyabr tarixindən etibarən şəhər və kənd məktəbinin şagirdləri İsmayıllı rayon Tarix -Diyarşünaslıq Muzeyinə təşkil olunan ekskursiyalarda iştirak edirlər.

Ekskursiyalar zamanı məktəblilərə rayonumuzun tarixi abidələri haqqında və ekspozisiyalarda sərgilənən eksponatlar barədə ətraflı məlumatlar verilir, məktəblilərin nümunələrlə bağlı sualları cavablandırılır.

Muzeydə həmçinin məktəblilər Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə tanış olur, onlara şəhidlərin keçdiyi şanlı döyüş yolu haqqında məlumat verilir.

Keçidlər