Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər arasında "Zəfər yolu" adlı inşa yazı müsabiqəsi keçirilib

02 noyabr 2021 | 16:00

İsmayıllı Rayon Təhsil Şöbəsi, İsmayıllı Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Günü ilə əlaqədar  İsmayıllı rayon Heydər Əliyev Mərkəzində "Zəfər yolu" adlı inşa yazı müsabiqəsi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya  ilə tanış olublar.

Çıxış edənlər şanlı zəfər tariximiz, Böyük Qələbəmizdən qürurla söhbət açıb, əlamətdar “Zəfər Günü” münasibətilə məktəbliləri  təbrik edib, onlara müsabiqədə uğurlar diləyiblər.

 

Keçidlər