Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı məktəbliləri Hərbi Qənimətlər Parkına virtual səyahət ediblər

02 noyabr 2021 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində məktəblilər üçün təşkil olunan “Qənimətlər parkına virtual səyahət” adlı onlayn turlar davam edir.

Videoformat şəklində baş tutan turda məktəblilərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğrayan düşmən ordusunun hərbi texnikaları, ermənilərin qoyub qaçdıqları atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar nümayiş etdirilir.

Məktəblilər təqdim edilən eksponatlara baxarkən Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığını, cəsarətini, düşmən üzərindəki böyük zəfərinin şahidi olurlar.

Keçidlər