Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Səyyar kitabxana” rayonumuzdadır

22 oktyabr 2021 | 16:00

Əziz İsmayıllılar!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Səyyar kitabxana” rayonumuzdadır.

21- 30 oktyabr tarixlərini əhatə edən “Səyyar kitabxana”da 3000 kitab və 5000 elektron nəşr var. Kitablar azərbaycan, türk, rus və ingilis dillərindədir.

“Səyyar kitabxana” mərkəzi park və meydanların yaxınlığında 09:00-dan 18:00-dək xidmət göstərir. Burada siz bədii ədəbiyyat, fəlsəfə, tarix, sosiologiya, elm və təhsil, mədəniyyət, idman, incəsənət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar əldə edə bilərsiniz. Bunun üçün hər bir şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə istədiyi kitabı əldə edə bilər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş “Səyyar kitabxana” layihəsi 2013-2019-cu illər ərzində respublikamızın rayon və şəhərlərində uğurla reallaşdırılmış, minlərcə oxucu kütləsini əhatə etmişdir.

Qeyd edək ki, layihənin məqsədi kitabları fəqli məkanlarda və fəqli formada gənclərə təqdim etməklə, onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan kitabları daha asan yolla təmənnasız əldə edib yararlanma imkanı yaratmaq, gənclərin maariflənməsi işinə dəstək göstərməkdir.

Əziz kitabsevərlər!

Hamınızı bu layihədən yararlanmağa dəvət edirik.

Keçidlər