Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Gəncə terroru qurbanlarının xatirəsi anılıb- VİDEO

11 oktyabr 2021 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə, erməni faşist hərbi birləşmələrinin 11 oktyabr 2020-ci il tarixdə  cəbhə bölgəsindən 80 kilometr məsafədə yerləşən Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsi anılıb.

Tədbirdə terror hadisəsini əks etdirən fləşmob keçirilib, havaya sülh quşu və ağ şarlar buraxılıb. Məktəblilər tərəfindən qanlı terror hadisəsini əks etdirən fotoların qarşısına gül dəstələri düzülüb.

Keçidlər