Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda şəhid Famil Əhmədzadənin xatirəsinə həsr olunmuş intellektual oyun keçirilib

20 sentyabr 2021 | 16:00

Sentyabrın 20-də İsmayıllının 3 saylı məktəb liseyində "Nə? Harada? Nə Zaman?" intellektual oyunu keçirilib.  Tədbir Vətən müharibəsində şəhid olan tarix müəllimi Famil Əhmədzadənin xatirəsinə həsr olunub. "Nə? Harada? Nə Zaman?" intellektual oyunu  Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubunun, Rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Pandemiya qaydaları"na uyğun təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini, RTŞ-nin müdiri, Gənclər və İdman İdarəsinin rəisi, İsmayıllı İntelektual Oyunlar Klubunun sədri, şəhidin işlədiyi kollektivin üzvləri, ailə üzvləri və yaxınları iştirak edib.

İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən RİHB-nin müavini Sevil Əhmədova Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri olduğunu bildirib. O, tarixi zəfərin qazanılmasında canından keçən Famil Əhmədzadənin hər zaman şagirdlərinin yaddaşlarında qalacağını bildirib.

Çıxış edənlər bilik yarışında iştirak edən gənclərə uğurlar arzulayıb.

Bilik yarışında iştirak edən şəhidin atası Ağaəhməd Əhmədov tədbirin təşkilatçılarına şəhidin xatirəsini əziz tutduqlarına görə təşəkkürünü bildirib.

  12 məktəb komandasının  iştirakı ilə keçirilən intelektual yarışmada İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin “Zəfər-2” adlı komandası birinci yerə, İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbin   “ Kaspi” adlı komandası ikinci yerə və İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin “Dəmir Yumruq “ adlı komandası isə üçüncü yerə layiq görülərək layihənin final mərhələsinə vəsiqə qazanıb.

Keçidlər