Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda bütün yaşayış məntəqələrində geniş iməcilik keçirilib

18 sentyabr 2021 | 16:00

18.09.2021-ci il tarixdə ümumrayon iməciliyi təşkil edilib. İməcilikdə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, o cümlədən kənd yaşayış məntəqələrində yaşayan kənd ictimayyətinin nümayəndələri, kommunal işçilər iştrak ediblər.

İməciliklərdə yaşayış məntəqələrinin daxilində təmizlik işləri görülüb, zibilliklərin ləğv edilməsi, ərazisindən magistral yol keçən yaşayış məntəqələrində magistral yol kənarlarının təmizlənməsi və digər abadlıq işləri görülüb.

İsmayıllıda bu cür iməcliklər mütəmadi təşkil olunur. Bütün  görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Ona görə də bir daha sakinləri və rayona səfər edən qonaqları təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağıraraq bildiririk ki, təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir.

Keçidlər