Şriftin ölçüsü :

Saytın rəngi :

“AÇIQ MİKROFON” AKSİYASI İSMAYILLI RAYONUNDA

27 avqust 2021 | 16:00

“Azəriqaz” İstehsalat Birliyinin sayca 8-ci “Açıq mikrofon” aksiyası İsmayıllı rayonunun Enişdibi kəndində baş tutub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Birliyin baş direktoru Ruslan Əliyev və “Azəriqaz” İB yanında yaradılan İctimai Şuranın sədri Xəyal Bəşirov iştirak edərək sakinlərin qayğıları ilə maraqlanıblar.

“Səyyar qəbul otağı”na üz tutan vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək öz problem və təkliflərini səsləndiriblər. Baş direktor Ruslan Əliyev yerində bütün şikayətlərə reaksiya verərək kəndin qazlaşdırılması ilə bağlı göstərişlərini verib. Qeyd edək ki, bu aksiya artıq 5-ci dəfədir ki, regionlarda təşkil olunur.

Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin digər problemləri ilə də maraqlanıb və yerində bəzi tapşırıqları verib.

Keçidlər