Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Qurban bayramı münasibətilə təbriki

20 iyul 2021 | 16:00

Əziz İsmayıllılar!

Qurban bayramı Allaha məhəbbət, yüksək əxlaqi dəyərlərə hörmət, bəşər övladına mərhəmət göstərən, İslamın insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Milli-mənəvi dəyərlərə sadiq olan xalqımız hər il Qurban bayramını  sevgi ilə qeyd edir. Ölkənin hər yerində qurbanlar kəsilir, dövlətimizin əmin-amanlığı və rifahı naminə dualar edilir.

Bu il Qurban bayramını 30 ilə yaxın həsrətində olduğumuz, hər zaman dualarımızda olan Qarabağımızda, Şuşamızda qeyd edəcəyik. Bizə bu  sevinci yaşadan Ali Baş Komandanımıza,  qüdrətli ordumuza minnətdarıq. Bu əziz gündə ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin  xatirəsini böyük ehtiramla yad edirik.

Qurban bayramı xeyirxahlıq və mərhəmətin rəmzidir. Bu müqəddəs bayram münasibəti ilə hər birinizə təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

Keçidlər