Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Karateçilərin açıq turnir keçirilib- VİDEO

13 iyun 2021 | 16:00

İyunun 13-də İsmayıllı rayonunda Milli Qurtuluş gününə həsr olunmuş Karate-Do idman birinciliyi üzrə açıq turnir keçirilib.

Pandemiya qaydalarına uyğun keçirilən tədbirdə RİH başçısının müavini, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Bakı Karate-Do Akademiyasının məsul əməkdaşları iştirak edib.

Ulu öndərin abidəsini ziyarət edən qonaqlar onun xatirəsini yad ediblər.

Talıstan Forest İstirahət kompleksində keçirilən turnirdə Bakı, Sumqayıt, Gəncə şəhərlərindən, İsmayıllı, Ağstafa, Biləsuvar,  Sabirabad,  Şəki, Səlyandan rayonlarından 20-ə yaxın komandanın  idmançıları 6 yaş qrupunda mübarizə aparıblar.

Yarışın keçirilməsində məqsəd Milli Qurtuluş gününün qeyd olunması, karate idman növünün geniş təbliği, beynəlxalq yarışlarda iştirak etmək üçün yığma komandaya namizədlərin seçilməsi, yeniyetmə və gənclərin mənəvi və fiziki hazırlığının inkişaf etdirilməsindən ibarətdir.

Sonda yaradılan şəraitə görə iştirakçılar rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Məlumat üçün bildiririk ki, tədbir  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Bakı Karate-Do Akademiyasının təşkilatçılığı ilə təşkil olunub.

Keçidlər