Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Ailə bayramı qeyd olunub

15 may 2021 | 16:00

İsmayıllı rayonunda Ailə bayramı keçirilib. May ayının 1-dən, 15-dək respublika ərazisində olduğu kimi İsmayıllıda da mövcud pandemiya qaydalarına uyğun olaraq Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbirlər təşkil olunub. Tədbirlər çərçivəsində nümunəvi ailələrlə görüşlər keçirilib, şəhid ailələri ziyarət olunub.

Bayramın keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini sağlam ailə məsələlərinə yönəltmək və gələcək nəsillərə ötürməkdir.

Silsilə tədbirlər çərçivəsində qeyd olunub ki, ölkəmizdə uğurlu ailə siyasəti, həmçinin ailə məsələləri ilə bağlı dövlət proqramları, fərman və sərəncamlar Azərbaycan ailələrinin formalaşmasına və inkişafına yönəlib. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən uğurlu siyasətdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunun olduğu bildirilib. Heydər Əliyev Fondunun aztəminatlı ailələr üçün həmçinin, sağlamlıq imkanları məhdud qadın və uşaqlara yönəlmiş layihələr bunun əyani sübutudur.

Ailə kiçik dövlətdir, daim onu qorumaq hər bir vətəndaşın borcudur.

Xatırladaq ki, tədbirlər Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə  həyata keçirilib.

Keçidlər