Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda bir qrup işsiz gənclə növbəti görüş keçirilib

17 mart 2021 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Dövlət İmtahan Mərkəzinin işə qəbul imtahanlarından uğur qazanmış gənclərlə növbəti görüş keçirib. Tədbirdə dövlət qulluğunun inzibati vəzifələrinin 3-7-ci təsnifatları üzrə müvafiq sertifikat almış, hazırda işsiz olan rayon sakinlərinin imtahanlardakı nəticələri və intellektual potensialları diqqət çəkib. Onların gündəlik həyat tərzi, qayğıları da müzakirə olunub.

Gənclər yerli dövlət müəssisə və təşkilatlarında mövcud vakant vəzifələr barədə məlumatlandırılıb, kadr təyinatları zamanı onların da nəzərə alınacağı bildirilib. Rayonda vətəndaşların işlə təmin edilməsinə məsul olan qurumların rəhbərlərinə  müvafiq tapşırıqlar verilib.

Gənclər xüsusi diqqətə görə rayon rəhbərliyinə minnətdarlıq ifadə edib.

Keçidlər