Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıların Mehriban xanıma təbriki - VİDEO

26 avqust 2020 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse – prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban xanım!

Bu gün beynəlxalq miqyasda Azərbaycan xanımlarını ləyaqətlə təmsil edən, dövlətin idarə olunmasına öz töhfələrini verən, milli mənəvi dəyərlərimizin dünya miqyasında tanıdılmasına nail olan yorulmaz dövlət xadimi -  Sizi doğum gününüz münasibətilə bütün İsmayıllılar adından təbrik edirəm.
       Sizin İsmayıllıya diqqət və qayğınızı daim hiss edirik. Ad gününüzdə Lahıc qəsəbəsinə səfər etməyiniz, qəsəbənin tarixi abidələri ilə bağlı verdiyiniz tapşırıqlar bunun bariz nümunəsidir.
        Ölkəmizin sürətli inkişafı, iqtisadi potensialının möhkəmləndirilməsi istiqamətində ölkə rəhbəri cənab İlham Əliyevlə birlikdə apardığınız məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanımız dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutub.
       Sizə möhkəm can sağlığı və ailə səadəti, dövlətimizin idarə olunmasında uğurlar arzulayıram!

Dərin hörmət və ehtiramla,
İsmayıllı sakinləri


İsmayıllıların Mehriban xanıma video təbriki diqqətinizə təqdim olunur:

Keçidlər