Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgər və zabitlərimizin vətənpərvərliyi ordumuzun gücüdür

02 avqust 2020 | 16:00

Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir.
Ali Baş Komandan İlham Əliyev bildirmişdir ki, “ordumuza ən müasir texnika, silah-sursatlar alınır. Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur. Bir sözlə, ordumuzun hərbi potensialı, döyüş qabiliyyəti artır və bu, bizi sevindirir. Çünki hər bir güclü dövlətin güclü ordusu olmalıdır. Biz bu istiqamətdə bundan sonra da fəal siyasət aparacağıq”
Son günlərdə baş vermiş Tovuz döyüşlərində Azərbaycan ordusu bir daha öz gücünü nümayiş etdirdi. Vətən uğrunda gedən döyüşlərdə canlarını fəda verən oğullarımızın qəhrəmanlığı və şücaəti hər bir gənc üçün örnək oldu. Könüllü olaraq ordu sıralarına qoşulmaq üçün qeydiyyatdan keçən 50 mindən çox vətənpərvər oğullarımız bir daha xalqımızın birliyini nümayiş etdirdilər. “Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin” – deyə dövlət başçımız çıxışında bildirmişdir.

Keçidlər